Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq

Fevralın 1-dən Azərbaycanda vaksinasiyanın ikinci mərhələsinə başlanacaq

16 Yanvar, 16:35 Sosial mediada paylaşın:

Azərbaycanda koronavirusa qarşı vaksinasiya Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələr sırasındadır. Dünyada əksər ölkələr hələ vaksinasiyaya başlamayıb. Eyni zamanda, Azərbaycan ən yüksək keyfiyyətli vaksinlərin əldə edilməsinə nail olub.

Bunu Operativ Qərargahın yanvarın 16-da keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov bildirib ki, yanvarın 18-dən vaksinasiya başlayacaq və ilk olaraq tibb işçiləri vaksinasiyaya cəlb olunacaq. Bu proses təqribən iki həftə davam edəcək. Növbəti mərhələdə - fevralın 1-dən yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya edilməsinə başlanılacaq.

CANLI YAYIM