Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində altıncı turun oyunlarına start veriləcək.
Turun ilk oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq. "İdman-Azərbaycan" telekanalı 22:45-dən etibarən Finlandiya - İtaliya matçını canlı olaraq yayımlayacaq.
Günün bütün oyunları isə aşağıdakılardır:
“D” qrupu:
Gürcüstan - Danimarka
İsveçrə - Cəbəllütariq
“F” qrupu:
Rumıniya - Malta
İspaniya - Farer adaları
İsveç - Norveç
“J” qrupu
Ermənistan - Bosniya və Herseqovina
Finlandiya - İtaliya
Yunanıstan - Lixtenşteyn