Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanıldı - Texnikalar ərazidə

Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanıldı - Texnikalar ərazidə

15 Yanvar, 16:00 Sosial mediada paylaşın:

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi Bakının əsas prospektlərindən biri hesab olunan Nobel prospektində yerləşəcək. Sözügedən prospektlə Ağ şəhər bulvarı arasında olan boş ərazidə yeni park salınır ki, muzey və kompleksdə həmin parkda qurulacaq. Artıq bir neçə gündür ki, işlərə start verilib və Vətən müharibəsində ələ keçirilmiş düşmənin hərbi texnikaları əraziyə gətirilib.

Hərbi texnikaların açıq hava altında Bakı sakinləri və qonaqlar üçün nümayiş olunması nəzərdə tutulur.

Xatırladaq ki, dekabrın 3-də Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

CANLI YAYIM