Armen Aşotyan: "Paşinyan şantaj yolu ilə oliqarxlardan rüşvət alır"

Armen Aşotyan: "Paşinyan şantaj yolu ilə oliqarxlardan rüşvət alır"

8 Sentyabr, 00:26 Sosial mediada paylaşın:

Ermənistanda partiyalararası çəkişmələr, siyasi təqiblər davam edir. Ermənistanın sabiq təhsil naziri, “Respublikaçı”lar partiyasının sədr müavini Armen Aşotyan sensasion açıqlamaları ilə sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək Paşinyanın ünvanına sərt tənqidlər yağdırıb: “Paşinyan faktiki olaraq Ermənistanda keçmiş məmurlardan qissasalma missiyasını və bəzi oliqarxlara hədə-qorxu gələrək rüşvətalma kampaniyasını həyata keçirir. O, xalqın fikirlərini yayındırmaq üçün “1 mart” hadisələri pərdəsi altında “Respublikaçı”ların fəal üzvlərini və keçmiş generalları siyasi təqiblərə məruz qoyaraq onlardan qissas alır. Lakin Paşinyan bu gün Ermənistanda polis zorakılığı nəticəsində dinc sakinlərə divan tutulduğunu görmür. Dünyada ikinci elə bir ölkə tapılmaz ki, son 1 il ərzində bu qədər sifarişli həbslər, polis zorakılığı baş versin. Həbsxanalarda demək olar ki, boş yer qalmayıb. Məhkəmə orqanları isə sifarişləri həyata keçirməklə məşğuldur. Paşinyan mövqeyini qoruyub saxlamaq üçün hər cür üsula əl atır. O, terrorçu “Sosna Tsrer” blokunun lideri Jirayr Səfilyanla gizli görüşərək yeni plan hazırlayır. Paşinyan bu hiyləgər arzusunu reallaşdıra bilməyəcək”.

CANLI YAYIM