Şuşada dağıdılmış tarixi abidələrimizin siyahısı

Şuşada dağıdılmış tarixi abidələrimizin siyahısı

15 Yanvar, 10:50 Sosial mediada paylaşın:

İşğaldan əvvəl 1 şəhər, 1 qəsəbə, 37 kənddən ibarət Şuşada tarixi abidələrimiz vəhşicəsinə dağıdılıb. Dövlət başçısının tapşırığına əsasən, şəhərdə bununla bağlı aparılan monitorinq yekunlaşıb.

Məlum olub ki, Dövlət Musiqili Dram Teatrı, Dövlət Qarabağ Tarixi, həmçinin Şuşa şəhərinin digər tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalеrеyası, 4 texnikum, 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, кitabхanalar, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və s. dağıdılaraq yox edilib.

Ermənilər, eyni zamanda, 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar. Ermənistan tətbiq etdiyi vandalizm aktını “humanist” addım kimi təbliğ etmək məqsədilə fondların hesabına Şuşada tarixi binaları və küçələri erməniləşdirmək üçün bir sıra layihələr həyata keçirməyi nəzərdə tutmuşdu. Amma Ali Baş Komandanın rəhbərliyi ilə  Azərbaycan ordusu buna imkan vermədi. Təhlükəsizlik tədbirlərindən sonra ilkin olaraq məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dağıdılan abidələrin bərpasına başlanılacaq.  

Vəfa Ağabalayeva

CANLI YAYIM