Salim bin Məhəmməd əl-Malik Füzuli və Ağdamda

Salim bin Məhəmməd əl-Malik Füzuli və Ağdamda

13 Yanvar, 17:00 Sosial mediada paylaşın:

Ermənistanın Azərbaycan torpaqlarında 28 il ərzində törətdiyi cinayətlər dünyaya car çəkiləcək.

Beynəlxalq təşkilatlar, xarici ölkələrin nümayəndəlikləri işğaldan azad edilən torpaqlara gəlib, faktları öz gözləri ilə görəcək. İlk belə səfər İSESCO-nun nümayəndə heyəti ilə təşkil edildi. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Ağdama təşrif buyurub. Ziyarətin məqsədi Azərbaycan, ümumilikdə islam mədəniyyət nümunələrinə Ermənistan təcavüzünün qeydiyyatını aparmaq, İSESCO-nun hesabatlarında bu faktların əksini tapmasıdır.

“Burada gördüyümüz mənzərə əsl faciədir. Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq”, - deyə  Salim bin Məhəmməd əl-Malik qeyd edib.

Belə səfərlərin intensiv təşkili üçün təhlükəsizlik tədbirlərinin təmin edilməsi zəruri şərtdir. İşğaldan azad olunan Azərbaycan torpaqlarının minalardan təmizlənməsi beynəlxalq təşkilatların buralara daha tez-tez gəlməsinə zəmin yaradacaq.  Məhz təhlükəsizliklə bağlı narahatlığa əsasən səfər cəmi  bir gün çəkib. Qonaqlar hava qaralana qədər Füzulidə, Ağdamda işğalın qara üzünü, qara miqyasını görüb.

CANLI YAYIM