Beyl Azərbaycanla oyun barədə: "Biz bəzən əlacsız qaldıq"

Beyl Azərbaycanla oyun barədə: "Biz bəzən əlacsız qaldıq"

7 Sentyabr, 13:14 Sosial mediada paylaşın:

"Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq".

Aztv.az AFP-yə istinadən xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.

30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya "Real Madrid"ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: "Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

 

CANLI YAYIM