Pandemiya səbəbindən Gürcüstanda qalan 250 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

Pandemiya səbəbindən Gürcüstanda qalan 250 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək

12 Yanvar, 11:10 Sosial mediada paylaşın:

Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən daha 250 Azərbaycan vətəndaşı yanvarın 15-də ölkəmizə təxliyə ediləcək.

Təxliyə olunacaq şəxslər sabah koronavirus testindən keçiriləcək və nəticələr yanvarın 14-də açıqlanacaq. COVID-19 aşkarlanmayanlara “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında xüsusi arayışlar veriləcək və onlar Vətənə dönə biləcəklər.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana qayıtması təmin edilib.

CANLI YAYIM