Bədii Şuranın onlayn iclası keçirilib

Bədii Şuranın onlayn iclası keçirilib

11 Yanvar, 17:15 Sosial mediada paylaşın:

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində yaradılan Bədii Şuranın onlayn iclası keçirilib.

İclasda artıq iki ildir fəaliyyət göstərən Bədii Şuranın bu müddət ərzində gördüyü işlərindən söz açılıb. QSC sədri Rövşən Məmmədov qeyd edib ki, iki il ərzində Bədii Şura üzvlərinin müntəzəm toplaşması, fikir mübadiləsi aparması, proqramlarla bağlı tənqidi fikirlərin səslənməsi Azərbaycan Televiziyasının inkişafına müsbət təsir göstərib.

Onlayn iclasda Bədii Şura üzvləri Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanallarında nümayiş olunan verilişlərlə, o cümlədən Azərbaycan radiosunda yayımlanan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təkliflərini bildiriblər.

CANLI YAYIM