Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalında

Teymur Rəcəbov “Airthings Masters” turnirinin finalında

2 Yanvar, 11:00 Sosial mediada paylaşın:

Bu gün “Champions Chess Tour” çərçivəsində onlayn “Airthings Masters” turnirinin final oyunlarına start veriləcək.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov həlledici mərhələdə ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız yarımfinalın iki matçında rusiyalı Daniil Dubovu 5:1 hesabla məğlub edərək finala yüksəlib.

Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır ki, onun da 60 mini qalibə çatacaq.

CANLI YAYIM