Şəhid ailələrinə və, qazilərə sosial-psixoloji dəstək işləri davam edir

Şəhid ailələrinə və, qazilərə sosial-psixoloji dəstək işləri davam edir

30 Dekabr, 11:43 Sosial mediada paylaşın:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, həmin tədbirlər çərçivəsində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları postmüharibə dövründə həmin kateqoriyalara aid 2247 ailə ilə görüşüb. Ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb, ödənişsiz dərman preparatları verilib.

Həmçinin agentliyin “Onlayn psixoloji dəstək xidməti” (050 406 75 85) tərəfindən 409 zəng üzrə vətəndaşlara dəstək göstərilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şirvan, Yevlax və Naftalan Reabilitasiya Müəssisələrində 150 nəfərə sosial-psixoloji xidmətlər göstərilib. Agentliyin mütəxəssisləri, həmçinin Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçi ilə görüşüb, ehtiyacı olan 17 nəfəri sosial-psixoloji xidmətlərlə təmin edib, Sərhəd Qoşunları Hospitalından 11 hərbçini sosial-psixoloji reabilitasiyaya cəlb ediblər. Uşaq Reabilitasiya Müəssisələrində şəhid və yaralı hərbçilərin 12 uşağına sosial-psixoloji xidmət göstərilir.

CANLI YAYIM