Şuşa şəhərində bərpa işlərinə başlanılır: AzTV-nin əməkdaşı şəhərdən birbaşa məlumat verib

Şuşa şəhərində bərpa işlərinə başlanılır: AzTV-nin əməkdaşı şəhərdən birbaşa məlumat verib

19 Dekabr, 20:01 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad edilən Şuşa şəhərində bərpa işlərinə başlanılıb.

İlk dəfə olaraq Azərbaycan Televiziyası (AzTV) Şuşaya ezam olunmuş əməkdaşı ilə birbaşa bağlantı yaradaraq, şəhərdə görülən işlər haqqında tamaşaçılara məlumat verib.  

Əməkdaşımız bildirib ki, işğal müddətində ermənilər Şuşadakı mədəniyyət abidələrinə, tarixi abidələrə zərər veriblər, bir çox tikililər dağıdılıb. Ölkə başçısının göstərişi ilə işğaldan azad edilən şəhərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Əməkdaşımız diqqətə çatdırıb ki, quruculuq işlərini həyata keçirmək üçün ilkin olaraq 60 nəfərlik işçi heyət yaradılıb.

CANLI YAYIM