“Oğuz eli” adlı sənədli televiziya filminin montaj prosesi başlayıb

“Oğuz eli” adlı sənədli televiziya filminin montaj prosesi başlayıb

5 Sentyabr, 16:09 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehal olunan “Oğuz eli” adlı sənədli televiziya filminin montaj prosesi başlayıb.

Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan Tovuzun tarix və mədəniyyət yolları, unikal etno-kulturoloji zənginliyi bu yeni filmin əsas hədəfidir. Torpaqqala, Topdağdağan möcüzələri, milli memarlığımızın parlaq səhifəsi olan Alban abidələri, əsrlərin, minillərin yadigarı olan qalalar, körpülər, məscidlər, minarələr, ulu dağlar, sıldırım qayalar, şahanə şəlalələr... Bütün bu tarix və təbiət aləmi orijinal rejissor həlli ilə təqdim olunur, filmin elmi-sənədli, bədii-estetik obrazını yaradır.
“Oğuz eli” sənədli televiziya filminin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, operatoru Elxan Rüstəmov, montaj rejissoru İsmayıl Musayev, səs rejissoru Ceyhun Ağayev, səs operatoru Əliabbas Qasımov, direktoru Sahib Heybətovdur.

CANLI YAYIM