“France 24” Bakıda keçirilmiş Zəfər paradını göstərdi

“France 24” Bakıda keçirilmiş Zəfər paradını göstərdi

11 Dekabr, 15:22 Sosial mediada paylaşın:

“France 24” telekanalı Bakıda keçirilmiş Zəfər paradı barədə süjet yayımlayıb. Videomaterialda Azərbaycan və Türkiyə prezidentlərinin fikirlərinə də yer ayrılıb.

Süjetdə qeyd olunur ki 44 gün davam edən müharibədən sonra Azərbaycan paytaxtında təntənəli parad keçirilib. Paradda bütün qoşun növləri iştirak edib, hərbi texnikanın keçidi baş tutub. Prezident İlham Əliyev nitq söyləyib.

Bildirilir ki, tədbirin qonaqları arasında Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan da olub.

Təntənəli keçiddə türk hərbçilərinin iştirakı da xüsusi vurğulanıb.

Vüqar Ələsgərov

CANLI YAYIM