AzTV şəhidlərimizi tanıtmaqda davam edir – Bu dəfə məktublar danışacaq

AzTV şəhidlərimizi tanıtmaqda davam edir – Bu dəfə məktublar danışacaq

11 Dekabr, 14:38 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyası Vətən müharibəsində canını torpaqlarımız uğrunda fəda etmiş şəhidlərimizin, qazilərimizin cəmiyyətə tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, belə yeni layihələrdən biri “Danışan məktublar”dır.

Şəhid məktubları üzərində qurulmuş layihə hər həftənin bazar günü saat 18:30-da yayımlanacaq. Şəhidlərimizin əziz xatirəsinə həsr olunan verilişin ilk buraxılışı dekabrın 13-ü efirdə olacaq.

Layihənin ssenari müəllifi Leyla Qədirzadə, aparıcısı isə Güldəstə Nəsibdir.

Xatırladaq ki, Azərbaycan Televiziyası Vətən müharibəsinin ilk günlərindən gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Şəhid və qazilərimizin ailələrindən geniş reportajlar yayımlayıb.

 

 

CANLI YAYIM