Qurban Qurbanov və bir neçə futbolçuda COVID-19 aşkarlanıb

Qurban Qurbanov və bir neçə futbolçuda COVID-19 aşkarlanıb

30 Noyabr, 16:38 Sosial mediada paylaşın:

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.

Bu barədə “Səbail”lə oyundan sonra onun köməkçisi Elçin Rəhmanov məlumat verib. Onun sözlərinə görə, Qurbanov “Sivaspor”la səfər matçından qayıdarkən təyyarədə özünü narahat hiss edib. Nəticədə Bakıda test verən 48 yaşlı mütəxəssisdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, Qurbanov şənbə günü “Qarabağ”ın futbolçuları ilə birgə Ağdama yollana bilməmişdi.

Bundan başqa, Azərbaycanda daha bir neçə futbolçu koronavirusa yoluxub. “Səbail”in qapıçısı Kamran Ağayev və hücumçu Rauf Əliyevin testlərinin cavabı pozitiv çıxıb. Hər iki futbolçu müalicə olunur.

“Neftçi” klubunun da daha bir futbolçusunda COVID-19 aşkarlanıb.

CANLI YAYIM