Vətən müharibəsinin daha iki qəhrəmanı, daha iki şəhidimiz - REPORTAJ

Vətən müharibəsinin daha iki qəhrəmanı, daha iki şəhidimiz -REPORTAJ

30 Noyabr, 12:30 Sosial mediada paylaşın:

44 günlük Vətən müharibəsinin daha 2 qəhrəmanı: Gülverdi Qasımov və Natiq Əhmədov.

Onlar Vətən sevgisinin nə olduğunu, torpağın keşiyində necə durmağı göstərdilər.

“Azərbaycan işğal faktı ilə barışa bilməz” - Gülverdi hələ Vətən müharibəsi başlamazdan əvvəl yazmışdı bu sözləri öz dəftərçəsinə. Gənc döyüşçü işğalda olan torpaqlarımızın azadlığı eşqi ilə yaşayırdı. Elə bu amal uğrunda da oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüşlərdə canını sevə-sevə fəda etdi canından çox sevdiyi Vətəni üçün.

Natiq Əhmədov da döyüşlərin başladığı ilk günlərdən könüllü yollanmışdı cəbhəyə. O da digər döyüşçü yoldaşları kimi torpaqların tezliklə işğaldan azad olunacağına inanırdı. Elə də oldu. Bu amal uğrunda oktyabrın 11-də Hadrut istiqamətində döyüşən gəncimiz ağır yaralanaraq  şəhidlik zirvəsinə yüksəldi.

Şəhidlərimiz, biz sizin sayənizdə qayıdırıq o torpaqlara: alnıaçıq və üzüağ. İşğaldan azad edilən torpaqlarımızda indi üç rəngli bayrağımız dalğalanır. Buna görə sizə minnətdarıq.

Niftulla Məmmədli

 

CANLI YAYIM