“İstisu” – canlara şəfa, dərdlərə dərman - REPORTAJ

“İstisu” – canlara şəfa, dərdlərə dərman -REPORTAJ

27 Noyabr, 16:38 Sosial mediada paylaşın:

Kəlbəcər faydalı qazıntı yataqları, səfalı təbiəti ilə yanaşı, İstisu mineral ehtiyatı və “İstisu” sanatoriyası ilə də məşhurdur. Buradakı mineral bulaqlar 1138-ci ildə güclü zəlzələ  zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib.

AMEA-nın əməkdaşı Zaur İmrani deyir ki,  onun tərkibini dünyada yalnız Korlova-Vari ilə eyniləşdirilər: “Burada 12 bulaq var, ən böyük bulaq 8 metr hündürlüyə vurur. Suyun potensialına gəldikdə, 4 milyon lt illik potensialı var. Bu suları həm qablaşdırmaq, həm də sanatoriyada müəyyən məqsədlər üçün istifadə etmək olar”.

Tərkibi faydalı minerallarla zəngin olduğu üçün sağlamlıq baxımından əhəmiyyəti böyükdür. “İstisu” mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. Qaraciyər, öd kisəsi, qastrit, mədə-bağırsaq, sinir sistemi və digər xəstəliklərin müalicəsində müsbət nəticə göstərir. Elə ona görə də 1928-ci ildən “İstisu” artıq sanatoriya kimi istifadəyə başlayıb.

Terapevt Ülkər İmanova deyir ki, bu mineral suların tərkibində sulfat, kükürd birləşmələri olduğuna görə dəri xəstəliklərində də effektivdir.

Erməni vandalları ərazilərimizi işğal etdikdən sonra  oradakı təbii ehtiyatları istismar ediblər. Kəlbəcərdəki faydalı suyu da özününküləşdirərək, başqa adla bazara çıxartdılar. Lakin bu gün Kəlbəcər artıq bizdədir. İllərdir suyuna həsrət qaldığımız bulaqlar bizi gözləyir. 

 

CANLI YAYIM