Ailəsindən xəbərsiz orduya yazılıb, sona kimi gedib, Şuşada şəhid olub

Ailəsindən xəbərsiz orduya yazılıb, sona kimi gedib, Şuşada şəhid olub

27 Noyabr, 13:00 Sosial mediada paylaşın:

Vətən bir ovuc torpaqdan başlayır... “Ömürdən pay olur, Vətəndən pay olmur” deyirik. 44 günlük müharibənin qəhrəmanı Ayxan Vəliyev də həyatını bu amala qurban etdi. Vətən uğrunda arzularından, xəyallarından, gəncliyindən keçdi. Əslində isə, ölümü ilə ölümsüzlük qazandı.

Əmisi deyir ki, Ayxan heç kimə xəbər etmədən gedib orduya könüllü yazılıb, ilk gündən döyüşüb.

Yaxınları onun haqqında fəxrlə danışırlar. Xəmiri yurda sevgi ilə yoğrulan şəhid Ayxan Vəliyev cəsur, mərd, vətənpərvər oğul olub.

Ailəsinin yeganə oğul övladı idi Ayxan. İki bacının bir qardaşı. Atalarından sonra onların dayağı ola bilərdi. Amma o, Vətənə dayaq durdu, Şuşada şəhid oldu.

Anası Rəfiqə Vəliyeva deyir ki, bir gündə ailədən iki şəhid veriblər: “Kürəkənimlə bir yerdə getdi. İkisi də bir gündə şəhid oldu. Mən onların ikisi ilə də fəxr edirəm

Avtobusda yer olmayıb, Ayxana deyiblər ki, ikinci avtobus da gəlir, ona minərsən, niyə narahatsan?!”

Ağstafanın Dağkəsəmən kəndinin cəsur övladı hərbi xidməti zamanı da nümunəvi əsgər olub. Korpus komandanlığı tərəfindən təşəkkürnamə alıb.

Günel Habilqızı

CANLI YAYIM