Sanki vəhşi qəbilə keçib buradan... – Ağdamlılar viran qoyulmuş yurdlarında

Sanki vəhşi qəbilə keçib buradan... – Ağdamlılar viran qoyulmuş yurdlarında

26 Noyabr, 15:00 Sosial mediada paylaşın:

“Kiçik qala”, “işıqlı bina” mənasını verir “Ağdam”. 6  gündür ki, bizə təhvil verilib. Amma nə qala, nə də işıqlı binadan əsər-əlamət var. 

Ağdam sakinləri illər sonra öz yurdlarını görmək arzusu ilə rayonlarına gediblər. 27 illik həsrətə son qoymaq ümidi ilə neçə saatlıq yolu bir nəfəsdə qət ediblər. Gördüklərini qohum, yaxın, tanış - hər kəslə paylaşmaq istəyirlər. Niyə də yox?! Axı buranı nəinki ağdamlılar, hər bir azərbaycanlı görmək istəyir.  Amma Ağdamın ağ damları yerinə burada bizi uçuq-sökük binalar, yarım qalan tikililər, xarabaya çevrilən şəhər, bir sözlə, viran qoyulan Ağdam gözlərini yerə dikərək gözləyir.

Ağdam sakini Arif Hacıyev deyir ki, burada sanki 12 ballıq zəlzələ olub, binalardan heç nə qalmayıb.

Buna baxmayaraq, Azərbaycan 30 ilin qisasını 44 günə sığışdıra bildisə, deməli Ağdamın öz adına uyğun işıqlı binaya çevriləcəyi gün də uzaqda deyil.

Gördüklərimiz, göstərdiklərimiz düşməndən geriyə qalanlardır. Şüursuz heyvan belə qaldığı yeri, yuvasını qurur, təmizləyir, abad edir. Bizim düşmənimiz isə nəinki abad etməyib, qurulanı belə yerlə yeksan edib, dağıdıb. Bax, bu məscid kimi. Amma Allah haqdır. Bu məscid də, Ağdam da bizimdir.

Leyla Abbasova

CANLI YAYIM