Azərbaycan karateçiləri “Bazel Open”də 6 medal qazanıblar

3 Sentyabr, 17:38 Sosial mediada paylaşın:

Karate üzrə milli komandamız İsveçrədə təşkil olunan “Bazel Open” beynəlxalq turnirində uğurla çıxış edib.

Millimizin üzvü Şahin Atamov “Masters” seriyalı ustaların yarışında çempion olub. Novruz Əliyev və İlahə Qasımova isə bürünc medal qazanıblar.

Fərdi yarışlarda İ.Qasımova (55 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) ikinci yeri, N.Əliyev (75 kq) üçüncü pilləni tutublar.

“Bazel Open”də 28 ölkədən 788 idmançı birincilik uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.