Qarakənd faciəsindən 29 il ötür

Qarakənd faciəsindən 29 il ötür

20 Noyabr, 11:10 Sosial mediada paylaşın:

Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 29 il ötür.  Faciə nəticəsində həlak olanlar arasında dövlət katibi, baş prokuror, sabiq daxili işlər naziri, millət vəkilləri, eyni zamanda, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı da var idi. Ümumilikdə, qəza nəticəsində 22 nəfər ölüb.

Tarixçi İbrahim Zeynalov deyir ki, 1991-ci il noyabr ayının 7-də Bakıda Təhlükəsizlik Şurasının iclası keçirilib. Əsas məqsəd isə  Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək, buradakı problemlərin səbəblərini və günahkarları müəyyənləşdirmək idi. Noyabrın 18-də Moskvadan zəng gəlir və bildirilir ki, Şuranın növbəti iclası Dağlıq Qarabağda keçirilsin.

“İştirikaçıların son siyahsı noyabr ayının 19-da Ayaz Mütəllibov tərəfindən təsdiq olunub, Moskvaya, Dağlıq Qarabağ rəhbərliyinə, Ağdam limanına göndərilir. Təhlükəsizlik tədbirləri isə Dağlıq Qarabağın erməni rəhbərliyinə və digər orqanlara tapşırılır. Ancaq bu məsələlərə burada ciddi yanaşılmır. Noyabrın 20-də Ağdam hava limanında yanacaq doldurub havaya qalxan təyyarə qəzayə uğrayır”, - deyə İ.Zeynalov əlavə edib.

Əvvəlcə rəsmi məlumat yayılır ki, helikopter dumana düşüb və dağa dəyərək parçalanıb. Əslində isə erməni silahlı dəstələri helikopteri raketlə vurub, sonra yandırıblar. Bütün cəsədlər tanınmaz hala düşür. İndiyə qədər hələ də məlum deyil ki, içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan “Mi-8”i niyə silahlı mühafizə helikopteri müşayiət etmirdi? Onların hamısının bir yerdə səfər etməsinin səbəbi nə idi? Elə bu fakt bütün təhlükəsizlik qaydalarına ziddir.

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, hərbi helikopterə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları cərgəsində gedir.

Billurə Mikayıllı

 

CANLI YAYIM