“Bu sabahı dirigözlü açmışıq!” - Əsgərimiz anasına məktub yazıb

“Bu sabahı dirigözlü açmışıq!” - Əsgərimiz anasına məktub yazıb

19 Noyabr, 19:45 Sosial mediada paylaşın:

Azərbaycan Radiosu Vətən Müharibəsi günlərində “Anaya məktub” layihəsi silsiləsindən növbəti çarxı təqdim edib.

Qeyd edək ki, layihənin əsas xəttini Azərbaycan əsgərinin məğrurluğu, fədakarlığı, dözümlülüyü, Vətənə sevgisi, bayrağa məhəbbəti  təşkil edir.

“Canım-gözüm ana, salamlar! Bu gecə bütün döyüşçülərimiz sabahı dirigözlü açmışıq. Heç belə gündə yatmaq olar?! Cəsarəti, qətiyyəti, xalqa inamı, sevgisi, ordumuza etibarı, mübarizlik əzmi ilə dünyaya meydan oxuyan prezidentimizin xalqa müraciətini dinlədik. Dinləmədik ey, onun dediklərini gözümüzlə su kimi içdik, ruhumuzla qəlbimizdə əbədiləşdirdik”, - deyən qəhrəman Azərbaycan əsgəri qələbə sevincini, hisslərini anası ilə bölüşür.

Layihəni - müəllif İlham Rəhimli, bəstəkar Azər Hacıəsgərli, səsləndirən Şövqü Hüseynov, rejissor Elçin Mircəfər, redaktor Elşən Aslanov ərsəyə gətirib.

Azərbaycan Radiosunun “Anons və dizayn” şöbəsinin məhsulu olan layihənin mövzusuna uyğun olaraq Azərbaycan Televiziyasının SMM qrupunun əməkdaşları videoçarx hazırlayıb.

Həmin videoçarxı oxuculara təqdim edirik.

CANLI YAYIM