Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

16 Noyabr, 21:57 Sosial mediada paylaşın:

Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

CANLI YAYIM