Ermənistan daxilindəki siyasi xaos, ermənilərin Kəlbəcərdəki mənfur əməlləri “Hədəf”in müzakirəsində olub

Ermənistan daxilindəki siyasi xaos, ermənilərin Kəlbəcərdəki mənfur əməlləri “Hədəf”in müzakirəsində olub

16 Noyabr, 22:20 Sosial mediada paylaşın:

Noyabrın 25-dək Kəlbəcəri tərk etməli olan ermənilər vandallıqlarından geri qalmırlar. Belə ki, onlar Kəlbəcərdən çıxarkən mədəniyyət nümunələrini dağıdırlar, evlərə od vurub yandırırlar, ekoloji cinayət törədirlər. Xislətlərini açıq nümayiş etdirən ermənilər beynəlxalq hüququ hər zaman olduğu kimi, yenə də tapdamaqdadırlar.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında erməni vandalizmi müzakirə olunub. Bununla yanaşı, verilişdə Ermənistan daxilində ağır məğlubiyyətdən yaranan siyasi xaos, Nikol Paşinyan hakimiyyətinin repressiv addımları təhlil edilib. Mövzu ətrafında Milli Məclisin deputatları Musa Qasımlı və Arzu Nağıyev fikirlərini bölüşüblər.

“Hədəf”ə videobağlantı ilə qoşulan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, TÜRKSAM-ın rəhbəri Sinan Oğan Ermənistanın məğlubiyyəti, Azərbaycanın şanlı qələbəsi haqqında fikirlərini bildirib. S.Oğan həmçinin, bu gün Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən TBMM-də müzakirəyə təklif etdiyi qanun layihəsi barədə fikirlərini səsləndirib.

Verilişə bütöv şəkildə “YouTube” kanalımızdan baxa bilərsiniz.

CANLI YAYIM