Misir, Bəhreyn və İordaniya KİV-ləri Qarabağla bağlı son prosesləri geniş işıqlandırıb

Misir, Bəhreyn və İordaniya KİV-ləri Qarabağla bağlı son prosesləri geniş işıqlandırıb

16 Noyabr, 15:50 Sosial mediada paylaşın:

Misir, Bəhreyn və İordaniya KİV-ləri Qarabağda baş verən son hadisələr ilə əlaqədar Azərbaycan rəhbərliyinin mövqeyini işıqlandırmaqda davam edir.

Misirin “Nİle1”informasiya portalı və Bəhreynin ingilisdilli “The Daily Tribune” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin ümumbəşəri və dini dəyərlərə yüksək ehtiramdan çıxış edərək işğaldan azad olunmuş ərazilərdə xristian məbədlərinin qorunacağı ilə bağlı təminat verdiyini yazıblar.

“Almasryalyoum” qəzeti AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin noyabrın 15-də keçirilən brifinqdə ermənilərin Kəlbəcərdən çıxmasının da vandalizm aktları ilə müşahidə olunması, hava şəraitinin çətinləşməsi, həmin istiqamətdə mövcud olan cəmi bir yolun ötürücülük qabiliyyətinin aşağı olması səbəbindən Azərbaycanın humanistlik nümayiş etdirərək Kəlbəcərin noyabrın 25-dək təhvil verilməsinə razılıq verməsi barədə bəyanatlarını yayıb.

İsrailin ərəb dilində yayımlanan “İ24 Arabic” telekanalının xəbərlər proqramında isə Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağda şanlı Qələbəsi haqqında xüsusi reportaj yayımlanıb. Reportajda Azərbaycan Prezidentinin noyabrın 10-da xalqa müraciətindən sitatlar verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinin tam mətni İordaniyanın geniş oxucu auditoriyasına malik olan “Orobanews” qəzetinin saytında da yerləşdirilib.

CANLI YAYIM