Qazax rayonunda sərhəd döyüş məntəqəmiz düşmən tərəfindən snayper atəşinə tutulub

Qazax rayonunda sərhəd döyüş məntəqəmiz düşmən tərəfindən snayper atəşinə tutulub

30 Avqust, 12:11 Sosial mediada paylaşın:

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX ) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, avqustun 29-da saat 18:30-da Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki sərhəd döyüş məntəqəmiz snayper atəşinə tutulub. Nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb. Hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

CANLI YAYIM