Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.
Təhsil Nazirliyindən bildiriblər ki, azərbaycanlı məktəblilərin də qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada gümüş medala layiq görülüb. O, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.
Xatırladaq ki, avqustun 23-də başlanan olimpiada bu gün başa çatır.