Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir

Pakistan mətbuatı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir

29 Avqust, 11:53 Sosial mediada paylaşın:

Pakistanın “Diplomatic News Agency” agentliyi və “Centreline” jurnalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunan məqalə yayıb.

Məqalədə Mehriban Əliyevanın həyat yoluna və çoxşaxəli fəaliyyətinə nəzər salınır. Onun 2004-cü ildən ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və milli dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə təsis edilmiş Heydər Əliyev Fonduna rəhbərlik etdiyi vurğulanır. Həmçinin həmin il Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə UNESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyü qeyd olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda yeni xəstəxanaların, məktəblərin, uşaq bağçalarının, eləcə də pulsuz xidmət təklif edən Talassemiya Mərkəzinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılır. Bundan başqa, birinci xanımın Azərbaycan muğamının qorunması istiqamətində ciddi addımlar atdığı və Beynəlxalq Muğam Mərkəzinin təsis edildiyi bildirilir.

Məqalədə Mehriban Əliyevanın sivilizasiyaların yaxınlaşmasında xidmətlərinə görə İSESKO-nun xoşməramlı səfiri adına, bir sıra ölkələrin fəxri adlarına, orden və medallarına layiq görüldüyü, bunların arasında “Hilal-e-Pakistan” ordeninin də olduğunu diqqətə çatdırılır.

Müəllif qeyd edir ki, Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlayıb. Zəlzələdən ən çox ziyan çəkən bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində Fond tərəfindən 500 şagird yerlik qızlar məktəbi tikilib. Eyni zamanda, Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələr həyata keçirilib.

Bundan başqa, məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ildə və ötən illər ərzində Ramazan ayında və Qurban bayramında uşaq evlərində kimsəsiz və əlil uşaqlar üçün həyata keçirilən iftar və digər xeyriyyə tədbirləri barədə məlumat verilir. Pakistan rəhbərlərinin, o cümlədən indiki Prezident Arif Alvinin Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən humanitar əməkdaşlığa verdiyi töhfələri və Fond tərəfindən Pakistanın müxtəlif sosial rifah institutları və xeyriyyə təşkilatlarına edilən yardımları daim vurğuladığı qeyd olunur. 2019-cu il iyunun 1-də Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunmuş tədbirdə Prezident Arif Alvinin Azərbaycanın birinci xanımı tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirdiyi və Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrinə onun verdiyi dəstəyin onəmimi qeyd etdiyi vurğulanır.

CANLI YAYIM