“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Oğuz eli” adlı yeni sənədli televiziya filminin çəkilişləri başa çatıb. Ekran əsərinin əsas mövzusu Tovuz bölgəsinin min illəri əhatə edən maddi mədəniyyət abidələri, bütöv etno-kulturoloji obrazıdır. Torpaqqala, Topdağdağan kimi unikal mədəniyyət yadigarları, Alban məbədləri, məscidlər, evlər, qalalar, körpülər, bir sözlə, Tovuz bölgəsinin bütün tarix və memarlıq abidələri filmdə öz əksini tapıb, yeni baxış bucağında təqdim olunub..
Filmin ssenari müəllifi Sadıq Elcanlı, rejissoru Elnurə Kazımova, operatoru Elxan Rüstəmov, səs operatoru Ələbbas Qasımov, direktoru Sahib Heybətovdur.
“Azərbaycantelefilm” “Oğuz eli” sənədli televiziya filminin çəkilişlərini başa çatdırıb - FOTOLAR
28 Avqust, 13:03
Sosial mediada paylaşın: