aztv-banner
44 GÜN QARABAĞA DOĞRU

SABAH MÜHARİBƏ İDİ...

27 Sentyabr - Anım Günü!

Gözəl həyat, azadlıq, ədalət, bərabərlik, xoşbəxtlik, sevinc - hər bir cəmiyyətin, bütövlükdə bəşəriyyətin arzuladığı dəyərlərdir bunlar...
Bütün bunlar ayrı-ayrı insanlarla bərabər, eyni zamanda, dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, bir-birinin milli maraqlarını uzlaşdırması deməkdir. Bu şəraiti pozan isə müharibələr olur...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatlar törətməyə başladı. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatı həyata keçirdi. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Yenə də əvvəlki gözəl həyat, azadlıq, ədalət, bərabərlik, xoşbəxtlik, sevinc...

Qəhrəman şəhidlərimizi qürurla anırıq!

27.09.2020

CANLI YAYIM